Əhmədinejadın qohumları onun ölüm xəbərini təkzib ediblər - YENİLƏNDİ

Əhmədinejadın qohumları onun ölüm xəbərini təkzib ediblər  - YENİLƏNDİ
18:50

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın qohumları onun ölüm xəbərini təkzib ediblər.

News365.az xəbər verir ki, bu barədə "Khabar-e fouri" agentliyi məlumat yayıb


***

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın İsrailin hava zərbələri nəticəsində öldürüldüyü bildirilir.

Bu barədə Clash Report məlumat yayıb. Rəsmi mənbələrdən hələlik hadisə ilə bağlı təsdiq açıqlaması verilməyib.

Mahmud Əhmədinejad 28 oktyabr 1956-cı ildə İranın Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində, nalbənd ailəsində anadan olub. Etnik mənsubiyyəti ilə bağlı müxtəlif iddialar səsləndirilib – onun azərbaycanlı, talış və ya başqa mənşəli olması barədə fərqli fikirlər mövcuddur.

İxtisasca inşaat mühəndisi olan Əhmədinejad təhsilini İran Elm və Texnologiya Universitetində alıb, daha sonra həmin ali məktəbdə müəllim kimi fəaliyyət göstərib və professor elmi dərəcəsi alıb. Bir müddət akademik sahədə çalışdıqdan sonra siyasətə qoşulub.

O, İran inşaat sektorunda təsirli mövqeyə malik olan “Abadgəran” – İran İslam İnşaatçılar İttifaqının yaradıcılarından biri olub. 2005-ci il iyulun 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qalib gələrək avqustun 3-də bu vəzifədə Məhəmməd Xətamini əvəz edib. İkinci turda onun rəqibi Əli Əkbər Haşimi Rəfsəncani idi. Seçkilərin nəticələri bəzi rəqibləri tərəfindən mübahisələndirilmişdi.

Prezidentliyi dövründə Əhmədinejad sərt və kompromissiz xarici siyasət xətti ilə seçilib. O, ABŞ ilə münasibətlərdə güzəştə getməmək mövqeyini müdafiə edib, BMT-ni fəaliyyətsizlikdə ittiham edib və İranın nüvə proqramını davam etdirməsinin labüd olduğunu bildirib. Onun çıxışları tez-tez beynəlxalq ictimaiyyətdə rezonans doğururdu.

Vəzifədən getdikdən sonra isə Əhmədinejadın daha sadə həyat tərzi sürdüyü bildirilirdi. Mətbuatda onun doğma kəndinə qayıdaraq kənd təsərrüfatı ilə, o cümlədən çobanlıqla məşğul olması barədə məlumatlar yayılmışdı. Bununla bağlı da rəsmi və təsdiqlənmiş məlumatlar məhduddur.

thumb_20161102123313015.jpg (78 KB)


Sizin reklam burada
Sizin reklam burada