Türkiyədə qadın əri tərəfindən güllələnərək öldürülüb.
News365.az xəbər verir ki, Semiha Dəniz həyat yoldaşının silahlı hücumuna məruz qalıb.
Məlumata görə, qadın 14 yaşlı qızını məktəbdən götürməyə gedərkən ərinin silahlı hücumuna məruz qalıb.
Ağır yaralanan Semiha Dəniz xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.