"Sülhün qarşısını alan prinsipial məsələlərdən biri xəritə məsələsidir"- Hikmət Babaoğlu

"Sülhün qarşısını alan prinsipial məsələlərdən biri xəritə məsələsidir"- Hikmət Babaoğlu
16:53

"Biz hələlik Toğuz rayonuna qədər, yəni Qazaxtan başlayaraq üç ölkənin qovşağından xeyli ərazini nəzərdən keçiririk."

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu News365.az-a müsahibəsində deyib. 

"Bu, iş üçün kifayət qədər material deməkdir. İşlər Qazaxtan, Gürcüstanın Sadıxlı kəndindən və Ermənistanın Dilican dərəsindən, onların Gürcüstana çıxan yollarından başlayacaq. Toğuz rayonuna çatana qədər Qazağın kiçik əraziləri—Bərdə, Şəmşəddil və Qazaq-Toğuz bölgələri bu ərazilərə daxildir. Bu üç kəndin yerləşdiyi ərazilərdə müəyyən problemlərin yaranması mümkündür.

Lakin əsas məsələ ondan ibarətdir ki, ərazilərin delimitasiya və demarkasiyası mərhələli şəkildə həyata keçirilə bilər. Necə ki, 12 km 700 metrlik ərazi prinsipal şəkildə demarkasiya edildi, bundan sonra proses digər istiqamətlərə yönələ bilər. Əgər hansısa ərazidə mübahisə varsa, həmin ərazini müvəqqəti saxlamaq olar. Daha sonra isə mübahisəsiz ərazilər üzərində iş aparılaraq, demarkasiya edilmiş ərazilərin ümumi faizi artırılacaq.

Mənə elə gəlir ki, sülh prosesinin qarşısını alan ən prinsipial məsələlərdən biri də xəritələrin dəqiqliyi və onların düzgün interpretasiyasıdır."