Sudanın Omdurman əyalətində yerləşən bazarda baş verən partlayış nəticəsində azı 40 nəfər həlak olub.
News365.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyinə tibbi mənbələrdən məlumat verilib.
Mənbədən əlavə olaraq bildirilib ki, bu partlayışa Çevik Dəstək Qüvvələri ilə atışma səbəb olub.
Qeyd edək ki, Sudanda 2023-cü ilin sonlarından başlayaraq ölkənin Suveren Şurasının sədri və ordu komandanı Əbdül Fəttəh al-Burhan ilə Çevik Dəstək Qüvvələrin komandanı Məhəmməd Xamdan Daqlo arasında fikir ayrılığı yaranıb. Bu da toqquşmalara səbəb olub.