Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlanıb.
Bu barədə Mərkəzi Klinikadan məlumat verilib.
Bildirilib ki, əməkdar artistin vəziyyəti ağır olaraq qalır:
"Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir".
Qeyd edək ki, Yadigar Muradov oktyabrın 4-də yüksək qan təzyiqi səbəbindən xəstəxanaya yerləşdirilib.