Tramp Putinlə görüşünü LƏĞV ETDİ – VİDEO

Tramp Putinlə görüşünü LƏĞV ETDİ – VİDEO
09:15

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.

News365.az xəbər verir ki, Tramp NATO Baş katibi Mark Rütte ilə görüşdə bu barədə bildirib.

O, görüşü "lazımi məqsədlərə çata bilməyəcəkləri təəssüratı yarandığı üçün" ləğv etdiyini deyib.

"Biz prezident Putinlə görüşü ləğv etdik. Hiss olunurdu ki, bu, düzgün deyil. Mənə elə gəlirdi ki, lazımi məqsədə çata bilməyəcəyik", - deyə Tramp jurnalistlərə bildirib.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə Tramp və Putin arasında görüşün keçirilməsi üçün hazırlıqlar gedirdi.

 

 


Sizin reklam burada
Sizin reklam burada