Şirniyyat qutusu Yaponiya şəhərində xaos yaratdı

Şirniyyat qutusu Yaponiya şəhərində xaos yaratdı
12 Apr 2025 10:07

Yaponiyada maraqlı hadisə baş verib.Kioto şəhərinin mərkəzi dəmir yolu vağzalının platformasında qalan bir qutu şirniyyat iki saat ərzində qatarların hərəkətini dayandırıb. Bu barədə NHK telekanalı polisə istinadən məlumat yayıb.

"Hadisə şənbə günü, aprelin 12-də səhər saat 7 radələrində baş verib. Stansiya əməkdaşı polisə zəng edərək dördüncü və beşinci trasın platformasında şübhəli əşya gördüyünü bildirib. Eni təxminən 50 sm, uzunluğu və hündürlüyü təqribən 40 sm olan qutu tamamilə sarı rəngli izolentlə bükülübmüş", - məlumatda qeyd edilib.

Hadisəni araşdırmaq üçün əraziyə partlayıcı qurğunun zərərsizləşdirilməsi üzrə xüsusi qrup göndərilib. Sərnişinlər təxliyyə edilib, stansiyadan çıxan və ya stansiyaya gələn bütün qatarların hərəkəti təxminən iki saat dayandırılıb. Mütəxəssislər yoxlama zamanı qutuda şirniyyat və digər təhlükə yaratmayan əşyaların olduğunu müəyyən ediblər.

Stansiyadakı insident şənbə günü Expo 2025-in açılacağı Kansai bölgəsində gücləndirilmiş təhlükəsizlik fonunda xaosa səbəb olub. Burada imperator Naruhito və imperatorun həyat yoldaşı Masako, vəliəhd şahzadə Akişino və Yaponiyanın baş naziri Şiqeru İşiba da daxil olmaqla hökumət üzvləri iştirak edəcək.

Tural


Sizin reklam burada
Sizin reklam burada