SEPAH və digər silahlı qüvvələr Müctəba Xameneiyə sədaqət andı içiblər

SEPAH və digər silahlı qüvvələr Müctəba Xameneiyə sədaqət andı içiblər
09:19

İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İranın yeni Ali lideri Müctəba Xameneiyə sədaqət andı içib və onun göstərişlərinə əməl etməyə hazır olduğunu bildirib.


News365.az İranın dövlət teleradio şirkətinə istinadən xəbər verir ki, bu barədə bölmənin mətbuat xidməti məlumat yayıb.


"SEPAH sadiq əsgər və hakimiyyətin güclü dayağı olaraq, Ekspertlər Şurasının seçimini dəstəkləyərək, ayətullah Seyyid Müctəba Xameneinin ilahi göstərişlərinə tam itaət etməyə və onları fədakarcasına yerinə yetirməyə hazırdır", - SEPAH-ın bəyanatında deyilir.


Həmçinin qeyd olunur ki, İran ordusu və Milli Təhlükəsizlik Qüvvələri də yeni seçilmiş ali liderə sədaqət andı içiblər.


Sizin reklam burada
Sizin reklam burada