Şəmkirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Şəmkirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
09:28

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada