Aygünlə Nanə Dubayda dəbdəbəli TOYDA - VİDEO

Aygünlə Nanə Dubayda dəbdəbəli TOYDA - VİDEO
06 Yan 2026 14:15

Xalq artisti Aygün Kazımova Dubayda təşkil olunmuş dəbdəbəli toy mərasimində səhnəyə çıxıb.

News365.az-ın məlumatına görə, pop kraliça tədbir iştirakçıları üçün sevilən mahnılarını ifa edib və gecəyə xüsusi rəng qatıb.

Məclisin aparıcılarından biri olan Nanə Ağamalıyeva isə Aygün Kazımova ilə çəkdirdiyi fotoları sosial media hesabında paylaşıb.

O, paylaşımında belə yazıb:

"Dubayda səhnəmizin ayı, günəşi, meqastarı - Aygün Kazımovanın möhtəşəm çıxışı. Sizi çox sevirəm. Eyni həyəcan və dünya boyda sevginin ünvanı Aygün Kazımova."

Tədbirdə Aygün Kazımovanın performansı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Milli.Az



Sizin reklam burada
Sizin reklam burada