News365.az xəbər verir ki, psixoloq Olqa Tvardovskaya bildirib ki, sürücülərin yol üzərində aqressiv davranışları çox vaxt onların avtomobildəki psixoloji rahatlığı ilə bağlıdır.
Tvardovskaya izah edib ki, qəzəb insan təbiətinin normal hissəsidir və onu idarə etməyi öyrənmək vacibdir. Lakin bəzi sürücülər bu emosiyanı avtomobilin içində sərbəst şəkildə ifadə etməyə üstünlük verirlər:
“Sürücü avtomobilin içini kiçik bir ev kimi qəbul edir, orada heç kim onu izləmədiyi üçün istədiyi hərəkəti edə biləcəyini düşünür.”
Psixoloq əlavə edib ki, insanlar bəzən avtomobilin böyük və qoruyucu görünüşlü olması səbəbindən özlərini “qalxan arxasında” kimi hiss edirlər ki, bu da onlara psixoloji rahatlıq yaradır.
O vurğulayıb ki, yol üzərində aqressiyanın başqa səbəblərindən biri də əvvəlki gün yaşanan gərginliklər və münaqişələrdir. Bu emosional yük sürücünü sükan arxasında aqressiv davranmağa təhrik edə bilər.