Venesuelanın paytaxtı Karakasda şənbə gecəsi saxlanılaraq ABŞ-yə aparılan prezident Nikolas Maduronun yaxın çevrəsinə daxil olan generallara aid görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
News365.az xəbər verir ki, ABŞ ordusunun Prezident Donald Trampın göstərişi ilə Venesuelaya hərbi müdaxilə həyata keçirməsindən və Nikolas Maduronun həyat yoldaşı Siliya Floreslə birlikdə Nyu-Yorka aparılmasından sonra yayılan videolar qısa müddətdə ən çox izlənən paylaşımlar sırasına daxil olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Maduronun generallarının olduqca rahat və arxayın hərəkət etməsi diqqət çəkib. Bu hal istifadəçilər arasında müxtəlif şərhlərə səbəb olub.
Bir çox sosial media istifadəçisi görüntülərə "Maduronu niyə bu qədər asanlıqla yatağından apardıqlarını indi başa düşürük" kimi ifadələrlə reaksiya verərək, baş verən əməliyyatla bağlı eyhamlı paylaşımlar edib.