5 milyon manatdan çox qaçaqmal tutuldu

5 milyon manatdan çox qaçaqmal tutuldu
06 Yan 2026 11:51

Ötən ay dövlət sərhədində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32 min 289 manat оlan qaçaqmal tutulub.

Bu barədə news365.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.



Sizin reklam burada
Sizin reklam burada