Bu şəxslərə kredit verilməyəcək? - VACİB AÇIQLAMA

Bu şəxslərə kredit verilməyəcək? - VACİB AÇIQLAMA
06 Yan 2026 10:12

Aylıq gəliri az olan vətəndaşların bank və kredit təşkilatlarından borc götürmək imkanları getdikcə daha çox sual doğurur. Kredit şərtlərinin sərtləşdiyi, gəlir tələblərinin əsas meyar kimi ön plana çıxdığı bir dövrdə bu kateqoriyadan olan şəxslərin maliyyə resurslarına çıxışı tamamilə məhdudlaşa bilərmi?

Mövzu ilə bağlın iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit qırğınl gəlir meyarı əsas şərt olaraq qalır:

“Onsuz da imkan məhduddur. Banklar və bank olmayan kredit təşkilatları kredit verərkən insanın aylıq gəlirinə xüsusi diqqət yetirirlər. Əgər aylıq gəlir azdırsa, kifayət etmirsə və insanın özünü, ailəsini yaşayış minimumu səviyyəsində təmin etməyə imkan vermirsə, ya ümumiyyətlə kredit vermirlər, ya da çox az məbləğdə verirlər”.

Ekspertin sözlərinə görə, bu yanaşma banklar üçün risklərin azaldılması baxımından başadüşüləndir, lakin aşağı gəlirli vətəndaşların maliyyə resurslarına çıxışını daha da çətinləşdirir. Nəticədə, bu təbəqənin əsas ehtiyaclarını qarşılamaq üçün kreditdən istifadə imkanları xeyli daralır.

Qeyd edək ki, son dövrlər kredit şərtlərinin sərtləşdirilməsi və gəlir tələblərinin yüksəlməsi xüsusilə sosial cəhətdən həssas qruplar üçün maliyyə yükünü artıran amillərdən biri kimi qiymətləndirilir./// KONKRET


Sizin reklam burada
Sizin reklam burada