Yaponiyada nüvə stansiyasında zəlzələyə davamlılıq sınaqlarında qanunsuzluq

Yaponiyada nüvə stansiyasında zəlzələyə davamlılıq sınaqlarında qanunsuzluq
06 Yan 2026 16:48

Yaponiyanın Hamaoka Atom Elektrik Stansiyasında aparılan zəlzələyə davamlılıq testləri zamanı məlumatların düzgün istifadə olunmadığı üzə çıxıb. 

Yaponiya Nüvə Tənzimləmə Orqanı Çubu Elektrik Enerji Şirkətinin təhlükəsizlik yoxlamalarında məlumatları qaydalara uyğun şəkildə təqdim etmədiyini açıqlayıb.

News365.az-ın məlumatına görə, şirkət rəhbəri Kinqo Hayaşi məsələ ilə bağlı üzr istəyərək bəzi məlumatların standartlara uyğun şəkildə işlənə biləcəyini bildirib. 

Hadisə nəticəsində stansiyanın 3 və 4 saylı reaktorlarının yoxlamaları dayandırılıb və onların fəaliyyətinin bərpası hələ ki, mümkün deyil.

Nüvə tənzimləyiciləri hadisəni ciddi şəkildə qiymətləndirərək, stansiyada təhlükəsizlik protokollarının tam şəkildə icra olunmasını tələb ediblər.


Sizin reklam burada
Sizin reklam burada