Müğənni Xatun Əliyeva məclislərdə qarşılaşdığı xoşagəlməz hallardan danışaraq yersiz zarafatlara etiraz edib.
News365.az xəbər verir ki, sənətçi bəzi məclislərdə ona qarşı hörmətsiz davranışların müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, bəzən ətrafındakı insanlarla bağlı əsassız yozumlar edilir və bu da nalayiq ifadələrlə müşayiət olunur.
Xatun Əliyeva qeyd edib ki, məclislərə yaxınları ilə birlikdə qatıldığı hallarda belə xoşagəlməz zarafatlarla üzləşir:
“Məclisə gedirəm, yanımda kişi görən kimi fərqli düşünürlər. Halbuki bu adam oğlum, qardaşım və ya qohumum ola bilər. Bəzi müğənnilər və musiqiçilər həddini aşaraq nalayiq ifadələrlə zarafat edirlər. Bu isə oğluma mənfi təsir göstərir. O deyir ki, sənə belə davranmaq olmaz”.
Sənətçi əlavə edib ki, ailəsi də bu cür hallardan narahatdır. Onun sözlərinə görə, anası və prodüseri məclislərdə kamera görəndə daha diqqətli olmağı tövsiyə edir.
Xatun Əliyeva vurğulayıb ki, məclislərdə etik davranış qaydalarına əməl olunmalı, xüsusilə sənət adamlarına qarşı hörmət qorunmalıdır.