Ötən il 41 erkən evliliyin qarşısı alınıb

Ötən il 41 erkən evliliyin qarşısı alınıb
06 Yan 2026 11:44

2025-ci ildə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 60 erkən evlilik halı ilə bağlı araşdırmalar aparılıb.

News365.az xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı alınıb, 12 fakt təsdiqini tapmayıb. (Mənbə  APA)


Sizin reklam burada
Sizin reklam burada