Klinik psixoloq Çarli Heriot-Meytlend insanların özünə zərər verən bəzi davranışlarının, əslində, beyinin qoruyucu mexanizmi olduğunu bildirib.
News365.az xəbər verir ki, o, yeni kitabında dırnaq yemək, işi təxirə salmaq, özünü tənqid etmək və münasibətlərdən qaçmaq kimi vərdişlərin sağ qalma instinkti ilə bağlı olduğunu izah edib.
Heriot-Meytlend qeyd edib ki, beyin təhlükəsizliyi xoşbəxtlikdən üstün tutur və daha böyük risklərdən qorunmaq üçün kiçik, idarə olunan zərərləri seçir. Məsələn, insan tənqid və ya uğursuzluq qorxusuna görə işi təxirə sala bilər, perfektsionizm isə səhvdən qaçmaq üçün detallara həddindən artıq fokuslanmaqla stress yaradır.
Psixoloq əlavə edib ki, özünütənqid də beyinin nəzarət hissini bərpa etməyə çalışmasıdır, lakin bu davranışlar zamanla performans və münasibətlərə mənfi təsir göstərir. Onun sözlərinə görə, əsas məqsəd bu mexanizmləri başa düşməkdir — onları tamamilə boğmaq yox, həm də həyatımıza təsir etməsinə icazə verməmək.