Böyük Britaniyanın Fələstin dövlətini tanımasından üç ay sonra bu ölkədə Fələstin səfirliyinin açılışı baş tutub.
News365.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, Fələstin səfiri bunu "tarixi an" adlandırıb. Səfir Husam Zomlot bildirib ki, bu gün burada tarixi bir anı qeyd etmək üçün toplaşmışıq: "Fələstin Dövlətinin Birləşmiş Krallıqdakı səfirliyinin tam diplomatik status və səlahiyyətlərlə açılışı baş tutdu. Bu səfirliyin açılması Böyük Britaniya-Fələstin münasibətlərində, Fələstin xalqının azadlıq və öz müqəddəratını təyin etmək yolundakı göstərdiyi səylərin əhəmiyyətli bir mərhələsidir”.
O, daha sonra Londonun Hammersmit şəhərində yerləşən binaya yapışdırılmış Fələstin Dövlətinin Səfirliyi yazısı olan lövhəni açıb. Cənab Zomlot vurğulayıb ki, Qəzzadakı, işğal olunmuş Qərb Sahilindəki, o cümlədən Şərqi Qüdsdəki və qaçqın düşərgələrindəki fələstinlilərin nəsilləri üçün, eləcə də bütün diaspora üçün bu səfirlik kimliyimizin inkar edilə bilməyəcəyinin sübutudur :
"Bu, beynəlxalq hüquqa və universal dəyərlərə əsaslanan ədalətli və davamlı sülhə nail olmaq üçün bir vəddir".