Metronun bu stansiyasının 4-cü çıxışı bağlanacaq

Metronun bu stansiyasının 4-cü çıxışı bağlanacaq
06 Yan 2026 17:52

"Bakı Metropoliteni" QSC-nin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır.

Bu barədə News365.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq, döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək.

Təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə keçid qismən sərnişinlər üçün açıq olacaq və stansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq.


Sizin reklam burada
Sizin reklam burada