Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO

Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
06 Yan 2026 12:06

Neft sahəsində tanınmış alim, texnika elmləri doktoru, professor və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bağır Süleymanov vəfat edib.

News365.az xəbər verir ki, görkəmli alim 66 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Bağır Süleymanov 2014-cü ildə AMEA-nın Yer elmləri bölməsi üzrə "Neft və qaz yataqlarının işlənməsi" ixtisası sahəsində akademiyanın müxbir üzvü seçilmişdi. O, 2019-cu ildən etibarən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü kimi fəaliyyət göstərirdi.

Elmi fəaliyyəti dövründə B.Süleymanov 321 elmi işin müəllifi olub. Onun elmi irsinə 118 ixtira, iki monoqrafiya və dörd dərslik daxildir. Alimin tədqiqatları neft və qaz yataqlarının işlənməsi sahəsində elmin inkişafına mühüm töhfələr verib.


Sizin reklam burada
Sizin reklam burada