Naxçıvanın büdcə layihəsində nöqsan AŞKARLANIB

Naxçıvanın büdcə layihəsində nöqsan AŞKARLANIB
06 Yan 2026 17:02

Cari il Naxçıvan Muxtar Respublikası büdcəsində 17,4 mln.manat həcmində subsidiya ayrılması nəzərdə tutulur. Bununla yanaşı, Vahid Büdcə Təsnifatının (VBT) tələblərinin bəzi istiqamətlər üzrə gözlənilməməsi subsidiyaların düzgün quruplaşdırılması və təhlilinin aparılmasında müəyyən çətinliklərin yaranmasına səbəb olmuşdur.

News365.az xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə Auditor Hesabatında öz əksini tapıb.

Qeyd edilib ki, 2026-cı ildə Naxçıvan Muxtar Respublikası büdcəsindən subsidiyalar üzrə 17,4 mln.manat vəsaitin ayrılması proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 4,2 mln.manat (19,4%) azdır. Növbəti ildə cari ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə bütün istiqamətlər üzrə subsidiya məbləğlərində azalma müşahidə edilmiş, mütləq və nisbi ifadədə əsas azalma isə “hüquqi şəxslərə digər subsidiyalar” paraqrafı üzrə (3,0 mln.manat və ya 29,1 %) olmuşdur.

Qeyd edək ki, 2025-ci ilin proqnozlaşdırılan Naxçıvan Muxtar Respublika büdcəsi layihəsində ən yüksək xüsusi çəkiyə dövlət müəssisələrinə subsidiyalar (51,6 %) malik olmasına baxmayaraq mütləq ifadədə ən böyük artım (2 mln.manat) hüquqi şəxslərə digər subsidiyalar üzrə olmuşdur. Sözügedən istiqamət üzrə 2024-cü ilin 9 aylıq icra göstəricisi təsdiq edilmiş illik xərclərə nisbətdə 3,6 mln.manat az olmaqla 56,6% həcmində olmuşdur. Lakin proqnozlaşdırma zamanı əvvəlki ilin icra göstəriciləri, habelə 2024-cü ilin 9 aylıq icra göstəricliləri nəzərə alınmadan 2 mln.manat həcmində artırılmışdır ki, müvafiq istiqamət üzrə də “Naxçıvan Muxtar Respublikasının 2025-ci il üzrə büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət” həyata keçirilən zaman Hesablama Palatası tərəfindən müvafiq qeyd aparılmışdır. 

Hesabatda vurğulanıb ki, cari ilin 9 aylıq icra göstəricisinə əsasən müvafiq istiqamət üzrə təsdiq edilmiş illik xərclərə nisbətən 24,3 % həcmində vəsait xərc edilmişdir. Əvvəlki illə müqayisədə növbəti büdcə ilində həm funksional təsnifatın bölmələri üzrə, həm də subsidiyaların həcmində azalma müşahidə edilmiş, həmçinin subsidiyaların böyük hissəsinin mənzil və kommunal təsərrüfatına yönəldiləcəyi proqnozlaşdırılmışdır.


Sizin reklam burada
Sizin reklam burada