Misli Premyer Liqasının IV turunda futbolçuları sarı vərəqə limitini pozan 4 klub ümumilikdə 2 800 manat cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” matçında meydan sahiblərinin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat məbləğində cərimələnib.
Sentyabrın 6-da baş tutan “Turan Tovuz” – “Sumqayıt” qarşılaşmasında da analoji hal qeydə alınıb. Meydan sahiblərinin 5, qonaqların isə 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 700 manat cərimələnib.