İnsanlar gələcəkdə başqa planetlərdə yaşaya biləcəkmi?

İnsanlar gələcəkdə başqa planetlərdə yaşaya biləcəkmi?
22:00

Qırmızı planet Mars gələcəkdə insanların məskunlaşa biləcəyi yerlərdən biri kimi nəzərdən keçirilir.


News365.az xəbər verir ki, lakin orada yaşamaq sadəcə kosmik gəmi ilə planetə enməkdən qat-qat mürəkkəbdir. 


Alimlər Marsda su ehtiyatlarından istifadə, oksigen istehsalı, radiasiyadan qorunma və qapalı yaşayış sistemlərinin qurulması imkanlarını araşdırırlar. Planetin atmosferi çox nazik olduğundan insanlar xüsusi qoruyucu məkanlarda yaşamalı olacaqlar.

Gələcəkdə Marsda özünü təmin edən yaşayış məntəqələrinin yaradılması nəzəri baxımdan mümkün sayılsa da, bunun nə vaxt reallaşacağı məlum deyil. Hələlik Marsda daimi insan yaşayış məntəqəsi yoxdur.


Sizin reklam burada
Sizin reklam burada