Cəlilabadda 10 hektar ərazini əhatə edən yanğın söndürülüb

Cəlilabadda 10 hektar ərazini əhatə edən yanğın söndürülüb
22:20

Cəlilabad rayonunda Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə baş verib.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdiyi operativ tədbirlər nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə nəticəsində təxminən 10 hektar sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.


Sizin reklam burada
Sizin reklam burada