Bir gün kosmosda süni Günəş yaratmaq mümkün olacaq?

Bir gün kosmosda süni Günəş yaratmaq mümkün olacaq?
21:00

Günəşin daxilində baş verən reaksiyaları Yer kürəsində təkrarlamaq ideyası gələcəyin enerji texnologiyalarından biri hesab olunur.

News365.az xəbər verir ki, bu texnologiya nüvə sintezi adlanır.
nüvə sintezi zamanı yüngül atom nüvələri birləşərək böyük miqdarda enerji yaradır. 

Alimlər bu prosesi xüsusi qurğularda, o cümlədən tokamak adlanan reaktorlarda idarə etməyə çalışırlar.
Əgər texnologiya kommersiya miqyasında uğurla tətbiq edilərsə, gələcəkdə elektrik enerjisinin istehsalında böyük dəyişikliklər yarada bilər. Ancaq reaksiyanın baş verməsi ilə həmin enerjini fasiləsiz və sərfəli şəkildə elektrik enerjisinə çevirmək eyni şey deyil. Bu məqsədə çatmaq üçün hələ mühüm texniki maneələr aradan qaldırılmalıdır.



Sizin reklam burada
Sizin reklam burada