Naxçıvanın Şahbuz rayonunda ailəvi istirahət mərkəzində baş verən bədbəxt hadisənin detalları məlum olub.
News365.az-ın məlumatına görə, Naxçıvan şəhər sakinləri Tural Hüseynov, həyat yoldaşı Sevinc Hüseynova, övladları Nicat və Ceyran, həmçinin Səbinə Məmmədova Şahbuzun Ayrınc kəndində yerləşən istirahət evinə gediblər.
Kənddə eyniadlı ailəvi istirahət mərkəzinin həyətində yerləşən süni göl üzərində dəmir çəlləklərdən hazırlanmış platforma olub. Ev sahibi onun təhlükəli olduğunu bildirsə də, ailədən beş nəfər birlikdə platformaya minib. Qurğu gölün üzərinə çatanda aşıb və hamı suya düşüb.
Nəticədə Sevinc Hüseynova, qızı Ceyran Hüseynova və nənələri Səbinə Məmmədova həyatını itirib. Ailə başçısı Tural Hüseynov və oğlu Nicat xilas ola bilib.
Yaralılar təcili yardımla xəstəxanaya aparılarkən yolda qəza keçiriblər, onların vəziyyətinin normal olduğu və evə buraxıldıqları bildirilib.
Hadisə ilə bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.