"Əvvəlcə sahədəki vəziyyəti qiymətləndirək. Üç ildən artıqdır ki, Türkiyə müharibəyə cəlb olunur. Artıq həm sülh prosesi ilə bağlı tükənmişlik sindromu, həm də müharibənin özü ilə bağlı tükənmişlik sindromu özünü göstərməkdədir."
Milli Məclisin deputatı Hikmət Babaoğlu bu sözləri News365.az-a açıqlamasında deyib.
"Rusiyanın müharibə tarixi boyunca ən çox hərbi səfərbərlik etməsi də buradan qaynaqlanır. Yəni Rusiyanın resursları tükənməkdədir. Qərbin də resursları tükənir. Amerika Birləşmiş Ştatları geri çəkilir və bu halda sahədə nə baş verir? Elə görünür ki, müharibənin bir qədər bundan sonrakı mərhələsində passiv fazaya keçməsinin şahidi olacağıq. Passiv faza lokal döyüşlərin azalması deməkdir. Çünki danışıqların intensivləşdiyi bir mərhələdə hər iki tərəf son resurslarından istifadə edərək müharibəni şiddətləndirdilər. Bir neçə gün və ya bir neçə həftə əvvələdək strateji mövqeləri əldə etməyə çalışan tərəflər masa arxasında öz mövqelərini gücləndirməyə çalışdılar. Amma bəlli oldu ki, masa sülh masası deyil. Masa yenidən müharibəni uzatma masasıdır. Hər halda belə görünür.
Hazırkı vəziyyət necədir? Mənə elə gəlir ki, bütün hallarda Krım məsələsini kənara qoymaq lazımdır. Yəni masada nə olursa olsun, Krım mövcud olmayacaq. İkincisi, “3 günə bütün Ukraynanı işğal edəcəyəm” deyən Rusiya tərəfi bu günə qədər nə Luqansk vilayətinin, nə də Donetsk vilayətinin bütün ərazilərini işğal edə bilmir. Təxminən 7-10 faiz Donetsk vilayətinin ərazisi hələ də Ukraynanın nəzarətindədir. Halbuki Rusiya iqtisadçılarına görə Donetsk artıq Rusiyanın ərazisi, onun tərkib hissəsidir. Luqanskın da 7 faizi hələ Ukraynanın nəzarətindədir. Bu, özü-özlüyündə mühüm bir göstəricidir. Yəni Rusiya 3 ildən sonra belə ilkin məqsədinə çata bilməyib.
İkincisi, Sumi istiqamətində görünən yaşıl ərazidə Ukrayna Rusiyanın ərazisinə daxil olub. İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, Rusiyanın ərazisi – əgər belə demək mümkündürsə – bir işğalçı tərəfindən, işğalçı dövlət tərəfindən işğal olunub. Amma bu, klassik mənada “işğal” ifadəsi ilə eyniləşdirilməməlidir. Çünki bu qədər işğalın müqabilində Ukraynanın öz müdafiə mövqelərini gücləndirməsi naminə həyata keçirdiyi bu strateji əməliyyatı işğal adlandırmaq ədalətsizlik olar. Mahiyyət etibarilə işğaldır, amma bu torpaqlar daha əvvəl Ukraynanın ərazisi olub.
Baş verənlər Zaporojye və Xerson vilayətlərinə qədər uzanıb. Rusiya artıq bu əraziləri də öz torpağı kimi tanıyır. Yəni burada göstərilən ərazilərin hamısını Rusiya öz ərazisi hesab edir."