Beyləqən Mərkəzi Xəstəxanasından giley: Bir sənəd üçün gün boyu növbə gözləyirlər - VİDEO

Beyləqən Mərkəzi Xəstəxanasından giley: Bir sənəd üçün gün boyu növbə gözləyirlər - VİDEO
09:20

Beyləqən Mərkəzi Xəstəxanasında yaranan sıxlıq və uzun növbələr vətəndaşların narazılığına səbəb olub.

News365.az xəbər verir ki, vətəndaşların iddiasına görə, bir neçə rayon üzrə tibbi xidmətlərin və sənədləşmə işlərinin bu xəstəxanaya yönləndirilməsi nəticəsində müəssisədə ciddi sıxlıq yaranıb. Bildirilir ki, tibbi arayış əldə etmək üçün insanlar səhər saatlarından xəstəxanaya gəlir, lakin sənədi almaq üçün günün sonuna qədər gözləməli olurlar.

Sıxlıq səbəbindən növbələrdə zaman-zaman vətəndaşlar arasında mübahisələrin və davaların da baş verdiyi qeyd olunur.

Xüsusilə şəhid ailələri və qazilərin ailə üzvlərinə növbədənkənar xidmət göstərilməsi ilə bağlı narazılıq yaşandığı bildirilir. İddialara əsasən, xəstəxanada şəhid və qazi ailələrinin növbəsiz qəbul olunması ilə bağlı məlumatın əks olunduğu tablo da yerləşdirilib.

Lakin həmin tablonun real olaraq tətbiq edilmədiyini iddia edən bir şəhid ailəsi üzvünün etiraz olaraq tablonu sındırdığı bildirilir.

Vətəndaşlar hesab edirlər ki, tibbi arayışların yalnız bu xəstəxanadan alınması tələbi mövcud sıxlığı daha da artırır. Onlar xidmətlərin daha səmərəli təşkili, növbələrin azaldılması və şəhid ailələri ilə qazilərə münasibətdə qanunvericiliyə uyğun xüsusi yanaşmanın təmin olunmasını istəyirlər.

Məsələ ilə bağlı xəstəxananın və aidiyyəti qurumların mövqeyi məlum deyil.



Sizin reklam burada
Sizin reklam burada