Rusiyada, Samara vilayətinin ən böyük neft emalı müəssisələrindən biri olan Sızran Neft Emalı Zavodunda (NEZ) güclü yanğın baş verib.
Ilkin məlumatlara görə, hadisəyə pilotsuz uçuş aparatlarının (PUA) həyata keçirdiyi hücum səbəb olub.
Sızran NEZ regionun yanacaq təchizatında mühüm rol oynayır. Müəssisə aşağıdakı neft məhsullarının istehsalı üzrə ixtisaslaşıb:
Avtomobil benzini, dizel yanacağı, aviasiya kerosini, mazut və bitum.
Zavodun illik neft emalı gücü 7 milyon tondan 8,5 milyon tona qədər təşkil edir.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik geniş açıqlama verməyib, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

