Ötən gecə Rusiya ərazisində 105 Ukrayna pilotsuz uçan aparatı vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalı məlumat yayıb. Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən tutularaq məhv edilib.
Ən çox 35 pilotsuz təyyarə Moskva vilayəti üzərində ələ keçirilib. Oryol, Kursk və Belqorod vilayətləri üzərində müvafiq olaraq 14, 12 və 11 PUA məhv edilib.
"On PUA Tula vilayətinin, doqquz PUA Kaluqa vilayətinin, yeddi PUA isə Voronej vilayətinin ərazisi üzərində uçub", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.