"Rusiya Azərbaycana qarşı nəzarətini gücləndirməyə çalışır".
Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın əsas məqsədi Qarabağ üzərində tam nəzarəti saxlamaq deyil, ümumilikdə Azərbaycan üzərində təsir mexanizmini qorumaqdır. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq əlaqələri genişləndikcə və Qarabağla bağlı qətiyyətli mövqeyi ilə hərəkət etdikcə, Rusiya planları pozulur.
Əli Mustafa əlavə edib ki, bu vəziyyət Rusiyanın Azərbaycana qarşı davranışlarını sərtləşdirməsinə və sistemli şəkildə müəyyən təzyiqlər tətbiq etməsinə səbəb olur. O, həmçinin vurğulayıb ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı təxribat və təzyiqlər də bu siyasətin bir hissəsidir.