Avropanın Ukrayna müharibəsinin başa çatdırılması üçün hazırladığı SƏNƏD - TAM MƏTN

Avropanın Ukrayna müharibəsinin başa çatdırılması üçün hazırladığı SƏNƏD - TAM MƏTN
22:31

“The Telegraph” nəşri Avropanın Ukrayna müharibəsinin başa çatdırılması üçün hazırladığı planın tam mətnini dərc edib.

 24 bəndlik sənədin məzmunu belədir:

1. Müharibə bitdikdən sonra davamlı sülh və təhlükəsizliyi təmin edəcək mexanizmlər yaradılacaq.

2. Rusiya və Ukrayna havada, quruda və dənizdə atəşkəsə əməl etməyi öhdələrinə götürürlər.

3. Moskva və Kiyev atəşkəsə riayət olunmasına üçüncü ölkələrin nəzarəti ilə bağlı danışıqlara dərhal başlayır.

4. Atəşkəsə nəzarəti əsasən ABŞ-ın rəhbərliyi altında Ukraynanın müttəfiqləri həyata keçirəcək — nəzarət əsasən məsafədən, peyklər, PUA-lar və digər vasitələrlə təmin olunacaq.

5. Tərəflərin atəşkəs pozuntuları barədə hesabat təqdim edə biləcəyi və vəziyyətin düzəldilməsi üçün tədbirlərin müzakirə ediləcəyi mexanizm yaradılır.

6. Rusiya bütün qaçırılmış ukraynalı uşaqları geri qaytarır, proses beynəlxalq tərəfdaşlar tərəfindən nəzarət altında aparılır.

7. Moskva və Kiyev hərbi əsirləri “hamı hamıya” prinsipi ilə dəyişir, Rusiya bütün saxlanılan mülki şəxsləri azad edir.

8. Ərazi danışıqları mövcud döyüş təması xətti əsasında aparılacaq.

9. Davamlı atəşkəs əldə edildikdən sonra humanitar yardım tədbirləri görüləcək, o cümlədən ailə üzvlərinin təmas xəttindən keçərək bir-birini ziyarət etməsinə şərait yaradılacaq.

10. Ukraynanın suverenliyi təsdiqlənir, Kiyev heç bir neytrallığa məcbur edilmir.

11. Ukrayna NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər, o cümlədən ABŞ tərəfindən verilən hüquqi təhlükəsizlik zəmanətləri əldə edir.

12. Ukrayna Silahlı Qüvvələrinə və ölkənin müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmur.

13. Ukraynanın təhlükəsizliyinə Avropa ölkələrinin qrupları və digər maraqlı dövlətlər zəmanətçi olacaq; Ukrayna öz ərazisində müttəfiq qüvvələri yerləşdirmək hüququna malikdir.

14. Ukraynanın NATO-ya üzvlüyü alyansın bütün üzvlərinin razılığı ilə mümkün ola bilər.

15. Ukrayna Avropa İttifaqına daxil olur.

16. Ukraynanın qeyri-nüvə dövlət kimi qalmaq və Nüvə Silahlarının Yayılmamasına dair Müqaviləyə əməl etmək öhdəliyi təsdiqlənir.

17. Ərazi məsələləri Rusiya ilə danışıqlar nəticəsində və tam atəşkəsdən sonra həll ediləcək.

18. Ərazi məsələləri razılaşdırıldıqdan sonra tərəflər onların güc yolu ilə dəyişdirilməyəcəyini öhdələrinə götürürlər.

19. ABŞ-ın iştirakı ilə Ukrayna Zaporojye AES-də nəzarəti bərpa edir; Kaxovka SES üçün də nəzarətin ötürülməsi mexanizmi yaradılır.

20. Ukrayna Dnepr çayı boyunca maneəsiz hərəkət hüququ və Kınburna  tam nəzarət əldə edir.

21. Ukrayna və tərəfdaşları iqtisadi əməkdaşlığı heç bir məhdudiyyət olmadan həyata keçirə biləcək.

22. Ukrayna tam bərpa olunacaq və Rusiya tərəfindən vurulmuş ziyana görə kompensasiya alacaq. Bunun üçün Rusiya aktivləri dondurulmuş olaraq qalacaq və yalnız ziyan ödənildikdən sonra açılacaq.

23. Rusiyaya qarşı sanksiyalar davamlı sülh əldə edildikdən sonra mərhələli şəkildə yumşaldıla bilər və öhdəliklərin pozulması halında yenidən tətbiq edilə bilər.

24. Bütün ATƏT ölkələrinin iştirakı ilə Avropa təhlükəsizliyi üzrə danışıqlara başlanacaq.


Sizin reklam burada
Sizin reklam burada