"Qarabağ" futbol klubunun üzvləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" matçı üçün İtaliyaya yola düşüblər.
Bu barədə komandanın sosial şəbəkə hesabında paylaşım edilib.
Xatırladaq ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-dən 26-a keçən gecə, saat 00:00-da Neapolun "Dieqo Armando Maradona" stadionunda keçiriləcək.
Qeyd edək ki, dörd turdan sonra "Qarabağ" 7 xalla 15-ci, "Napoli" isə 4 xalla 24-cü yerdədir.









