İsrail ordusunun Beyrutun cənubuna endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, daha 28 nəfər yaralanıb.
Bu barədə Livan Səhiyyə Nazirliyinə istinadən Al Jazeera məlumat yayıb.
Məlumata görə, qurbanların sayının artma ehtimalı istisna edilmir.