Alimlər qorxulu plan hazırlayıb: Günəşin parlaqlığını zəiflətmək istəyirlər

Alimlər qorxulu plan hazırlayıb: Günəşin parlaqlığını zəiflətmək istəyirlər
22:43

İsraildə fəaliyyət göstərən "Stardust" startapı Yer səthində istiliyi azaltmaq məqsədilə Günəşin parlaqlığını süni şəkildə zəiflətməyi planlaşdırır.

Məlumatı "New Yorker" yayıb.Startap vulkan püskürmələrini təqlid edən üsuldan istifadə etməyi düşünür. Bu texnologiyada xüsusi hissəciklər buludların üzərinə səpələnərək Günəş şüalarının bir qismini kosmosa əks etdirəcək və nəticədə Yer səthində istilik azalacaq.

Bu proses "günəş işığının əks etdirilməsi texnologiyası" və ya geo-mühəndislik adlanır. Alimlər bunu iqlim dəyişikliyinə qarşı potensial həll yolu kimi görürlər, lakin bir çox mütəxəssis bu addımı təhlükəli hesab edir.

"Stardust" hissəciklərin tərkibini açıqlamır, amma onları insanlar və ekosistem üçün təhlükəsiz olduğunu bildirir. Şirkət texnologiyanı birbaşa tətbiq etməyəcək, yalnız hökumətlərə alət və məlumat təqdim edəcək.


Sizin reklam burada
Sizin reklam burada