Cenevrədə Donald Trampın təklif etdiyi sülh planı üzrə ABŞ, Ukrayna və Avropa ölkələri arasında danışıqlar başlayıb.
Bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti artıq Almaniya, Fransa və Böyük Britaniyanın nümayəndələri ilə bir sıra görüşlər keçirib.
O, iştirakçıların konstruktiv münasibətini qeyd edərək, bu gün Ukrayna üçün davamlı və ədalətli sülhün əldə edilməsinə yönəlmiş müxtəlif formatlarda bir sıra görüşlərin planlaşdırıldığını vurğulayıb.
“Reuters”in məlumatına görə, ABŞ nümayəndə heyətinə danışıqlarda iştirak etmək üçün artıq Cenevrəyə gəlmiş prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət katibi Marko Rubio daxildir.