Bakının Yasamal rayonunda yanan binada tüstüdən zəhərlənərək ölən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızının vəziyyəti ağır olaraq qalır.
Bu barədə jurnalist Fuad Cəfərov məlumat verib.
O bildirib ki, Ləman Qulamovanın vəziyyəti çox ağırdır və hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Qeyd edək ki, noyabrın 21-dən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.