Yanan binanın təxliyə qapısı bağlı olub? - FHN-dən açıqlama - VİDEO

Yanan binanın təxliyə qapısı bağlı olub? - FHN-dən açıqlama - VİDEO
23 Noy 2025 23:57

Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı təxliyə qapısının bağlı olması haqda iddialar yayılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Baş Prokurorluq yanğına görə bir nəfərin tutulduğunu TƏSDİQ ETDİ


Məsələ ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev sözügedən məsələ ilə bağlı “Real TV”yə açıqlama verib:
 

“Həmin qapı müvafiq texniki sənədlərdə qeyri-yaşayış sahəsinə aid təsbit olunub. Qanunla da qeyri-yaşayış sahələri yaşayış sahələrindən təcrid olunmalıdır. Yəni, həmin qapı, təxliyə qapısı hesab olunmur. Qapının bağlı olması da tikinti normalarının tələbini formalaşırır”.


Xidmət rəsmisi baş vermiş faciə ilə bağlı irəli sürülən digər iddiaya, quraşdırılmış elektrik şarj aparatları ilə bağlı məsələyə də aydınlıq gətirib.

Onun sözlərinə görə, FHN bu avadanlıqların quraşdırılmasında rəy və icazə verən orqan deyil.


Sizin reklam burada
Sizin reklam burada