Bu banklar BAĞLANIR? - AÇIQLAMA

Bu banklar BAĞLANIR? - AÇIQLAMA
21:40

“Növbəti il bir neçə bankın birləşmə ehtimalı var”.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, bankların bağlanma məsələsi müzakirə olunsa da, hazırda kapitalı aşağı olan bankların böyük bankların tərkibinə keçməsi ehtimalı daha yüksəkdir:

“İndiki vəziyyətdə hansısa bankın bağlanmasını gözləmirəm. Amma bir neçə bankın birləşməsi baş verə bilər. Yəni, hazırda kiçik bankların böyük banklara birləşməsi ehtimalı var. Amma indidən həmin bankların adını çəkib müştərilərində qorxu yaratmaq istəmirəm. Sadəcə bunu deyə bilərəm ki, daha çox ehtimal kapitalı aşağı olan banklardır”.

Qeyd edək ki, Bank BTB (50.855), AFB Bank (75.323), Avrasiya Bank (90.261).Turan Bank (104.579). Bank VTB (111.485) bankların kapital sıralamasında son yerlərdə qərarlaşıblar.


Sizin reklam burada
Sizin reklam burada