“Arsenal” “Tottenhem”i darmadağın etdi

“Arsenal” “Tottenhem”i darmadağın etdi
23 Noy 2025 23:33

İngiltərə Premyer Liqasının XII turunda oyunlar davam edir.

Günün ilk matçında “Lids” öz meydanında “Aston Villa” ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyununda isə “Arsenal” evdə “Tottenhem”i qəbul edib. Beş qolun vurulduğu matçda “topçular” rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.

Qeyd edək ki, “Arsenal” hazırda 29 xalla turnir cədvəlinə başçılıq edir. “Tottenhem” isə 18 xalla doqquzuncu pillədə qərarlaşıb.


Sizin reklam burada
Sizin reklam burada