Tükürpədici kadrlar: Ata Ternopolda rusların öldürdüyü övladının tabutunu beşik kimi yellədi - FOTO/VİDEO

Tükürpədici kadrlar: Ata Ternopolda rusların öldürdüyü övladının tabutunu beşik kimi yellədi - FOTO/VİDEO
19:30

Ukraynanın Ternopol şəhərində Rusiyanın bombardmanı nəticəsində həlak olan uşağının cənazəsi ilə vidalaşan ata tabutu qucağında beşik kimi yelləyib.

Bu dəhşətli kadrlar ölkəni sarsıdıb.
 

Bu gün şəhərdə həlak olanlardan biri Mariya, həmçinin onun övladları Kamila və Nazar ilə vidalaşırlar.


Ailədən yalnız ataları Kamal  sağ qalıb. O, xilasedicilərin onları sağ tapacağına ümid edərək üç gün ərzində evin xarabalıqları yanında həyat yoldaşını və uşaqlarını gözləyib.

Bu arada Ternopolda Rusiya zərbəsi nəticəsində ölənlərin sayı 34-ə yüksəlib.
 

Ternopol üzrə Hərbi Administrasiya bildirib ki, 33 nəfərin şəxsiyyəti artıq müəyyən edilib, bir nəfərin kimliyi isə hələ də dəqiqləşdirilir.


İtkin düşənlər sırasında altı nəfər var — iki kişi, üç qadın və bir uşaq.




Sizin reklam burada
Sizin reklam burada