Jurnalist ABŞ prezidenti Donald Trampdan soruşub: “Əgər Zelenski sizin sülh planı ilə razılaşmasa, nə olacaq?”.
O isə cavabında belə deyib:
“O zaman ürəyi nə qədər istəyirsə, o qədər də döyüşməyə davam edə bilər”.
Trampın sözlərinə görə, onun təqdim etdiyi plan sülhün əldə olunması üçün real yol xəritəsidir:
“Əgər Ukrayna rəhbərliyi bu planı qəbul etməsə, ABŞ onu məcbur etməyəcək, lakin döyüşlərin davam etməsinin məsuliyyəti Kiyevin üzərində qalacaq”.