Hindistanda milyarder əczaçılıq varisi Netra Mantena və texnologiya sahibkarı Vamsi Gadirajunun toy mərasimi dünya mediasının diqqət mərkəzinə çevrilib.
“Times of India”ya xəbər verir ki, toy 21-24 noyabr tarixlərində keçirilir.
Əsas nikah mərasimi isə ötən gün Udaipurdakı məşhur Jag Mandir ada sarayında baş tutub. Toya Amerikalı ulduz Cenifer Lopez “Bollywood”un məşhurları və iş adamları qatılıb.
Mərasim həm də dəbdəbəli dekorasiyası ilə sosial şəbəkələrdə geniş müzakirə edilib.
Qeyd edək ki, gəlinin atası Rama Raju Mantena ABŞ-də əczaçılıq sahəsində qurduğu biznes imperiyası ilə tanınır.
Bu səbəblə toy yalnız ailəvi bir hadisə deyil, həm də böyük biznes çevrələrini bir araya gətirən sosial tədbir kimi qiymətləndirilir.




