"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məktəb illərində iz buraxan və uğurlarla ön plana çıxan şagird olub".
Bunu Türkiyə liderinin məktəbdə təhsil aldığı dövrdə incəsənət müəllimi olmuş Semra Acar "Anadolu" agentliyinə bildirib.
S.Acar Ərdoğanın məktəb dövründə də lider özəlliklərinə sahib olduğunu vurğulayıb:
"İnsanlar lider olaraq doğulmurlar, bu sonradan da olmur, amma prezidentimizdə fərqlilik var idi. Həqiqətən lider olaraq doğulmuş övlad idi".
Ərdoğanın müəllimi onun haqqında xatirələrini bölüşüb: Məktəbimizə kuboklar, mükafatlar qazandırıb.
82 yaşlı müəllim vurğulayıb ki, Ərdoğan tənəffüslərdə imkan tapan kimi idmanla məşğul olurdu:
"Məktəbimizə kuboklar, mükafatlar qazandırıb. Sinif yoldaşları ilə yaxşı yola gedib, müəllimlərə böyük hörmət göstərib".//Oxu.az