Rusiya 13 mindən çox uşağı Belqoroddan köçürdü

Rusiya 13 mindən çox uşağı Belqoroddan köçürdü
17 Apr 2024 09:28

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətini atəşə tutması səbəbindən vilayətin sərhədyanı rayonlarından olan 13 mindən çox uşaq Rusiyanın digər bölgələrinə köçürülüb. News365.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov "VKontakte" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Qeyd edilir ki, uşaqlar əsasən Krım, Ryazan, Kaluqa, Şimali Osetiya, Alaniyaya köçürülüb.

Qladkov aprelin 8-də 10 minə yaxın uşağın təhlükəsizlik səbəbi ilə bölgəni tərk etdiyini açıqlamışdı.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Rus qoşunları Kiyevə qədər irəliləyə bilsələr də, sonradan geri çəkiliblər. Ukrayna qoşunları ötən ilin iyunundan uğursuz əks-hücum əməliyyatları keçirib. Son aylarda isə Rusiya döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər