Elnur Allahverdiyev: “Sakinlərimizə lazım olan köməyi göstərməyə çalışacağıq“- FOTO

30 Apr 2024 10:18

Milli Məclisin deputatı Elnur Allahverdiyevin seçicilərlə görüşü olub. 

News365.az xəbər verir ki, deputat görüş zamanı sakinlərin problemlərinin həllinə kömək göstərəcəyini bildirib

"Bu gün seçicilərimizlə növbəti qəbulumuzu keçirdik. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında baş tutan görüşdə sakinlərimizi narahat edən müxtəlif təmayüllü problemləri dinlədik. Onların bəzilərinin dərhal həllinə nail olduq, seçicilərimizi maraqlandıran bir qism çətinliklərin çözümü ilə isə qarşıdakı günlərdə müvafiq icra orqanları ilə birgə məşğul olacağıq. Dairəmizin ərazisinin böyük hissəsi söküntü zonasına təsadüf edir və burada əsas etibarilə özəl tikinti şirkətləri tərəfindən inşaat işləri aparılır. Yaşayış sahələrini müxtəlif səbəblərdən öncədən satmaq istəyən sakinlər var, ancaq bu ərazidə tikinti işləri aparacaq şirkət hələlik ya bəlli deyil, yaxud da tikinti işlərinə başlamır. Bəzi sakinlərimiz bu kimi çətinliklə qarşılaşırlar. Bir neçə ildir yeni tikilmiş binada yaşayan sakinlərimiz arasında mənzillərinin çıxarışını ala bilməyənlər var. Qarşıdakı günlərdə müraciət edən seçicilərimizə mümkün köməyi göstərməyə çalışacağıq"

Vəfa Vəliyeva, News365.az

Youtube kanalımız

Oxşar xəbərlər