Xəstəxanaya getdi: qulağından qurdlar çıxarıldı

Xəstəxanaya getdi:  qulağından qurdlar çıxarıldı
29 Apr 2024 23:39

Bursa İl Sağlamlıq Müdirliyindən verilən məlumata görə, 13 yaşlı uşaq qanaxma və xarici eşitmə yolunda şiddətli ağrı şikayətləri ilə xəstəxanaya aparılıb.

Xarici qulaq kanalında 2 diri qurd aşkarlanaraq müalicə olunan uşaq sağ-salamat evə buraxılıb.

Müalicəni həyata keçirən Dos. Dr. Hakkı Caner İnan xəstənin onlara xarici qulaq kanalından qanlı axıntı səbəbiylə müraciət etdiyini bildirib.

Ailənin evdə qulaqdan qurd çıxdığını da gördüyünü deyən İnan, "Müayinə zamanı xarici qulaq kanalında 2 qurd hərəkət etdiyini təsbit etdik və endoskop vasitəsilə qurdları diri-diri çıxardıq" deyə məlumat verib.


Youtube kanalımız

Oxşar xəbərlər