“Namazı tərk edənin 10-dan çox bəlası var“ - Hacı Ramil

“Namazı tərk edənin 10-dan çox bəlası var“ -  Hacı Ramil
30 Apr 2024 10:58

"Namazı tərk edənin 10-dan çox bəlası var"

Məşhur ilahiyyatçı Hacı Ramil bunu News365.az-a açıqlamasında deyib.

"Namaz Allahın bəndələrə vacib etdiyi ibadətlərin ən əhəmiyyətlisidir. Namaz dinin sütunudur, əgər o qəbul olunarsa, insanın digər əməlləri də qəbul olunar, əgər qəbul olunmazsa, insanın digər əməlləri də qəbul olunmaz. Namaz qılan bir şəxsin böyük bir savabı olduğu kimi, onu tərk edən (qılmayan), yaxud ona səhlənkar yanaşan şəxsin də şiddətli əzabı vardır. Namaz qılmasa insan cavab verəcək. Nazamzı qılmayanında, qılıb tərk edənin də 10-dan bəlası var. Bəzən bizdə belə bir fikir var ki, namazı qılıb atsaq cəzası var, qılmayanın cəzası yoxdur. Bu belə deyil, hər ikisini eyni cəza gözləyir. Namaz qılan insanla qılmayan insan və namaz qılan millətlə qılmayan millət arasındakı fərq ölülərlə dirilər arasındakı fərq qədərdir. Biz millətimizin ölü yox, diri olmasını və Allaha üsyan edən millət yox, itaət edən bir millət olmasını arzulamalıyıq. Peyğəmbərlərimiz qəlbi o qədər təmizdir, allah onlara da namaz qılmağı  buyurub"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər