“Barselona” Levandovskinin het-triki ilə qalib gəldi - VİDEO

“Barselona” Levandovskinin het-triki ilə qalib gəldi -  VİDEO
30 Apr 2024 08:30

İspaniya La Liqasının növbəti turu çərçivəsində “Barselona” evdə “Valensiya”nı qəbul edib.

Hesabı 22-ci dəqiqədə meydan sahibləri açıblar, Lopez fərqlənib.

Sonradan qonaqlar ardıcıl iki qol vursalar da, ilk hissənin sonlarında azlıqda qalıblar.

Say üstünlüyündən yararlanan katalonlar Levandovskinin het-triki sayəsində qalib gəliblər - 4:2.

Hazırda “Barsa” 73 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Valensiya” isə 47 xalla səkkizincidir.

 


Youtube kanalımız

Oxşar xəbərlər